Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:48

Həbsdəki gənc fəalların fotoları necə yayıldı?


-

Siyasi

Facebook-dan birbaşa şərh yaz


Aprelin 30-da Bakıda «Terrora yox!» şüarı ilə keçirilən dinc aksiyada həbs edilən gənc fəallar Əbülfəz Qurbanlı, Turqut Qəmbərİlkin Rüstəmzadənin həbsdə təmizlik işləri apararkən şəkillərinin çəkilib yayılması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Həbsdə saxlanılan şəxslərin fotoları necə yayıla bilər? Fotoların yayılmasında məqsəd nədir? Bu məsələdə məsuliyyət kimin üzərinə düşür?

Suallara Azadlıq FM-də cavab axtarmışıq

Jurnalist Aynur İmranova:
- Həbsdə olan gənclərin fotosunu hüquq mühafizə orqanları yaya bilər. Çünki həbsxanada gənclərin nə fotokamerası var, nə də telefonları...
- Gənclərlə belə mübarizə aparmaq çirkindir.
- Tələb etmək lazımdır ki, hüquq mühafizə orqanı dərhal məsələni araşdırsın və cavab versin.
- Gənclər həbslərdən qorxmurlar.
Zaur Əkbər:
- Məhbəsdə gənclərin fotolarını çəkib yaymaq mənəviyyatsızlıqdır. Bunu yaymaq ayıbdır.
- Sözsüz ki, bu videoları hüquq mühafizə orqanları yayıb.
- Gənclərin fotosunu yayanları tapmaq 10 dəqiqənin işdir. Belə fotoları yaymaq cinayətdir.
- Ağac əkməkdə, tualet təmizləməkdə pis şey yoxdur. Azərbaycan hakimiyyəti sadəcə insanlara belə münasibət göstərir.
- Neft Akademiyasında terrora yox deyən gənclərlə belə mənəviyyatsız davranmaq olmaz...
- Həbs edilən gənclər rüşvət almayıblar, yalan danışmayıblar, heç kimi aldatmayıblar. Məsələ bu qədər sadədir. Həbsdə olan insanlar gəncləri başa düşür, onlara inanırlar...
Fəal Əbülfəz Qurbanlı:
- Mən dəfələrlə olmuşam. Bu dəfə fərqli oldu... Bizə göndərilən kitablar, yeməklər gəlib çıxmırdı. Bizi tək kameralarda saxlayırdılar və s.
- Saxlandığımız kameralarda qaydalar yazılıb divara vurulub.
- Bu dəfəki sutkalıq həbs zamanı Daxili İşlər Nazirliyinin, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tez-tez biz saxlanan həbsxanaya gəlib gedirdilər.
- Azərbaycan hökuməti əvvəl insanların yataq otağına girirdilər. İndisə unitaza girəcək qədər inkişaf ediblər.
- Həbsxanada bizim saçımız zorla qırxılıb. Polis əməkdaşları bizə bildirdilər ki, bu sifariş yuxarıdan gəlib. Onlar verilən sifarişi yerinə yetirməli və bizim saçımızı qırxmalıdılar.

FACEBOOK-da MÜZAKİRƏ ET, YOUTUBE-də BAX
XS
SM
MD
LG