Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:33

Mayın 19-da rus bölməsi abituriyentlərinin imtahanıdır


8400 abituriyent Azərbaycan-dili fənnindən imtahan verəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində keçiriləcək. 45 dəqiqə davam edəcək imtahanda abituriyentlər 30 test tapşırığını cavablandıracaq. Nəticələr məqbul və ya qeyri-məqbul kimi qiymətləndiriləcək. İmtahanlardan keçə bilmək üçün abituriyentlər 15-dən yuxarı bal toplamalıdırlar.

İmtahanlara qatılanların təxminən 5780 nəfəri orta ümumtəhsil müəssisələrinin builki məzunu, 2600 nəfərsə əvvəlki illərin məzunlarıdır.

İmtahanlara qatılacaq ən yaşlı abituriyent 43, ən gənci isə 16 yaşındadır.

Mayın 19-da saat13-də başlayacaq imtahanlara müxtəlif səbəblərdən qatıla bilməyən abituriyentlər iyunun 23-də keçiriləcək imtahanlarda iştirak edə bilərlər.
XS
SM
MD
LG