Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:50

ABŞ səfiri Qəbələdədir


Richard Morningstar
Richard Morningstar
-

Aprelin 13-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Qəbələ rayonuna səfər edib.

Səfir Qəbələ rayon icra hakimiyyətinin birinci müavini ilə görüşüb. Görüş mətbuat üçün qapalı keçirilib.

Richard Morningstar jurnalistlərə açıqlamasında Qəbələnin iqlimi, təbiəti ilə yanaşı tədris müəssisələrində ingilis dilinin tətbiqi ilə maraqlanacağını da bildirib.

Səfir mayın 13-də Qəbələnin Tüntül kənd orta məktəbinə baş çəkəcək.

Ertəsi gün cənab Morningstar Nic qəsəbəsində olacaq.

Səfir bundan sonra Quba rayonuna səfər edəcəyini bildirib.
XS
SM
MD
LG