Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:41

Suriya rejimi Türkiyədəki terror aktında əli olmadığını deyir


Türkiyədə terror
Türkiyədə terror
Suriya hakimiyyəti Türkiyədə törədilən terror aktında əli olmadığını bəyan edib.

Bunu Dəməşqdə keçirdiyi mətbuat konfransında Suriyanın infoemasiya naziri Omran aı Zohbi bildirib.
O bu terror aktında Suriya kəşfiyyatının əli olması barədə ittihamları rədd edib.

Türkiyə bundan əvvəl öz ərazisini qorumaq üçün bütün mümkün tədbirlərə əl atılacağını xəbərdarlıq edib.

Baş nazir müavini Bulent Arinc bildirib ki, bu terror aktının arxasında Suriya kəşfiyyatının durduğu ehtimal olunur.
Amma o qeyd edib ki, bu barədə hərtərəfli araşdırmalardan sonra açıqlama veriləcək.

Dünən Reyhanlıda törədilən iki partlayışda 43 nəfər ölüb, onlarla adam yaralanıb.
Suriya sərhəddinin yaxınlığında yerləşən bu şəhərdə hazırda minlərlə suriyalı qaçqın yaşayaır.
XS
SM
MD
LG