Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:44

Azərbaycanda yolda rüşvət yığanların videosu yayılıb


Videodan görüntü
Videodan görüntü
-


YouTube portalında İmişli rayonundakı "mal bazarı" adlanan ərazidən yük daşıyan maşınların sürücülərindən rüşvət alınmasına dair video-görüntülər yayılıb. Görüntüləri YouTube-a yükləyən Avaropa.info saytı iddia edir ki, sürücülərdən rüşvət yığan Nəqliyyat Nazirliyinin əməkdaşlarıdır.

Sayt kadrlarda söyü səsləndiyindən görüntüləri səssiz təqdim edir.

Videonun məzmununu və orda göstərilən adamların Nəqliyyat Nazirliyinin işçiləri olub-olmadığını dəqiqləşdirmək imkanımız yoxdur. Amma Azərbaycanda yolda rüşvət toplanması kimi səhnələrə ictimai marağı nəzərə alıb videonu təqdim edirik:
XS
SM
MD
LG