Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:30

ABŞ Əfqanıstanda 9 hərbi baza saxlamaq istəyir


Hamid Karzai
Hamid Karzai
ABŞ 2014-cü ildən sonra Əfqanıstanda 9 hərbi baza saxlamaq istəyir.

Bunu Əfqanıstan prezidenti Hamid Karzai bildirib.
Karzai bu gün televiziya ilə Kabil Universitetinin tələbələrinə müraciət edərkən bunun üçün hökumətin bir sıra şərtlər irəli sürdüyünü deyib.
O qeyd edib ki, ABŞ Talibanla sülh prosesini canlandırmaq, Əfqanıstan təhlükəsizlik qüvvələrini möhkəmləndirmək, ölkə iqtisadiyyatı və idarəçiliyə kömək etmək fikrindədir.

Əfqanıstandakı beynəlxalq qüvvələr 2014-cü ilin sonunadək ölkəni tərk etməlidir.
Amma milli qüvvələrə təlim keçmək üçün ölkədə məhdud sayda ABŞ hərbçisi saxlanacaq.
XS
SM
MD
LG