Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:50

Pakistanda növbəti partlayış törədilib,ölənlər var


Foto arxiv
Foto arxiv
Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində törədilən partlayışda 2 nəfər ölüb, qadın və uşaqlar da daxil olmaqla 23 adam yaralanıb.

Yaralılardan ikisi ağır vəziyyətdədir.
Ölənlərdən biri polis, biri isə dinc sakindir.
Partlayış nəticəsində ətrafdakı 7 ev dağılıb.

İntiharçı minalanmış maşını polis məntəqəsinin ətrafındakı səddə çırpıb.

Aprelin 11-dən ölkədə başlayan seçkiqabağı kampaniyalardan bu yana törədilən hücumlarda 100-dən çox adam ölüb.
Mayın 11-də Pakistanda parlament seçkisi keçiriləcək.
XS
SM
MD
LG