Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:07

Prokurorluq bloqqerin intiharını "psixoloji pozuntu" ilə əlaqələndirir


-

Nilufər Məhərrəmova
Nilufər Məhərrəmova
Baş Prokurorluq Mingəçevirdə 20 yaşlı Nilufər Məhərrəmovanın yaşadığı binanın 6-cı mərtəbəsindən özünü atması ilə bağlı açıqlama yayıb.

Prokurorluq N.Məhərrəmovanın sosial şəbəkələrdə paylaşdığı yazılarla əlaqədar polis təzyiqi ilə üzləşdiyi və elə bu səbəbdən intihar etdiyi barədə məlumatları yalanlayır.

Məlumatda N.Məhərrəmovanın mütəmadi olaraq valideynləri ilə mübahisələr etdiyi, səhhətində yaranmış psixoloji pozuntularla bağlı dəfələrlə həkim-psixiatrın müayinəsindən keçdiyi bildirilir:

«Nilufər Məhərrəmovanın adına yazılmış reseptlər və müxtəlif adda əsəb sakitləşdirici dərman preparatları onun ailə üzvləri tərəfindən istintaqa təqdim edilib. İstintaq zamanı həmçinin mərhumun şəhər Polis Şöbəsinə çağırılması və ona təzyiqlər göstərilməsi ilə bağlı KİV-lərdə yayılan məlumatlar təsdiqini tapmayıb».

Hadisə ilə əlaqədar CM-nin «özünüöldürmə həddinə çatdırma» maddəsi cinayət işi başlayıb.

«ANASI İLƏ MÜBAHİSƏSİ OLUB»

İntihar etdiyi söylənən 20 yaşlı bloqqer Nilufər Məhərrəmovanın dayısı Leysan Yusubov AzadlıqRadiosuna bu xəbəri təkzib edib. O deyib ki, hadisədən az əvvəl anası ilə mərhumun yüngül mübahisəsi olub: «Buna görə balkonda ağlayan qız birdən huşunu itirib və balkondan yıxılıb» deyə dayısı bildirib.

Leysan Yusubov Nilufər Məhərrəmovanın bir il öncə evdən qaçması haqda deyilənləri də təsdiqləyib. Həmçinin onun dini sektalardan birinin üzvü olduğunu da söyləyib.

Nilufər Məhərrəmovanın son bloq yazısından sonra təzyiqlərə məruz qalması və hətta polisə çağırılaraq döyülməsi haqda mətbuatın yazdıqları ilə bağlı sualı isə Leysan Usubov cavablandırmayıb. O, sualdan sonra telefonu söndürüb və bir daha zənglərə cavab verməyib.

Mingəçevir Polis İdarəsinin rəisi Ələsgər Bədəlov mərhumun polis tərəfindən təzyiqə məruz qalması haqda söylənənləri təkzib edib. O deyib ki, həmin qızın gənc fəal və ya bloqqer olmasından xəbərsizdirlər. Mərhumun ailəsi barədə bunları bildirib:

«Atası xəstədir, anası tibb bacısı. Adi ailədir. Nə ailə, nə qız heç nəylə diqqət çəkməyiblər».

20 YAŞLI QIZ ÖZÜNÜ 6-CI MƏRTƏBƏDƏN ATIB

Mingəçevir şəhər Prokurorluğundan isə deyiblər ki, onlar qızın ölüm şəraitini araşdırırlar. Ona təzyiq edilməsi haqda deyilənlərdən xəbərsizdirlər.

Mingəçevir Şəhər Prokurorluğunun məlumatın görə, mayın 7-də gecə saatlarında şəhər sakini, 20 yaşlı Nilufər Aqşin qızı Məhərrəmova özünü yaşadığı binanın 6-cı mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb.

N. Məhərrəmovanın bloqqer kimi son yazısı aprelin 14-də dərc olunub. O, öz bloqunda «Sivil demokratik və hüquqi dövlət uğrunda» adlı məqaləsini paylaşıb. Onun Facebook-dakı dostları bundan sonra gənc qıza təzyiqlər başladığını, hətta, polis əməkdaşları tərəfindən döyüldüyü haqda iddialar səsləndirirlər.
XS
SM
MD
LG