Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 18:19

Andropovun siyasi ömrü bir qədər uzun olsaydı, Heydər Əliyev...


Mətbuat icmalı
Mətbuat icmalı
-

«NİYƏ QOYUB GƏLDİNİZ ŞUŞANI?

Mayın 8-də çıxan «Yeni Müsavat»ın «Şuşasız 21 il» başlıqlı məqaləsində deyilir: «Azərbaycan 1992-ci il 8 may məğlubiyyətinin hələ də acısını çəkir. Bu şəhərin işğalı ilə Qarabağa bitişik rayonlarının da düşmən əlinə keçməsi prosesi başladı». Şuşada döyüşmüş batalyon komandiri Fəxrəddin Səfərov qəzetə müsahibəsində şəhər uğrunda son ana qədər vuruşduqlarını söyləyib: «İndi deyirlər ki, niyə qoyub gəldiniz Şuşanı?».

SİYASİ BAXIMDAN İNKİŞAF EDƏN AZƏRBAYCAN

«Azərbaycan» qəzeti Bakıda başlayan Birinci Cənubi Qafqaz Forumuna xüsusi diqqət ayırıb. Forumda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib: «Siyasi baxımdan Azərbaycan inkişaf edir, çünki müstəqilliyimizi qazandıqdan əvvəl heç bir siyasi sistem mövcud deyildi. Hazırda bizim bütün siyasi təsisatlarımız vardır, beynəlxalq ictimaiyyətin üzvüyük. Biz siyasi islahatları həyata keçiririk və cəmiyyətimizin daha da demokratikləşməsi bizim üçün əsas prioritetdir».

Rəsmi qəzetlər bu günlərdə 90 illiyi qeyd olunan sabiq prezident Heydər Əliyev haqda komitə sədrlərinin, deputatların, nazirlərin və baş prokurorun məqalələrini də dərc edib.

ANDROPOV-UN SİYASİ ÖMRÜ UZUN OLSAYDI H. ƏLİYEV...

«Yeni Azərbaycan» qəzeti isə «İTAR-TASS» agentliyinin baş redaktorunun müavini Mikhail Gusman-ın rus mətbuatına müsahibəsini verib. O deyib: «Əgər Andropovun siyasi ömrü bir qədər uzun olsaydı, Heydər Əliyev SSRİ hökumətinin çox güclü və qüdrətli başçısı olardı». Jurnalistin «doğrudanmı, son 10 ildə Azərbaycana layiq bir siyasətçi yetişməyib» sualına isə Qusman belə cavab verib: «Ölkədə şəxsiyyətinin miqyasına görə İlham Əliyevlə müqayisə ediləcək siyasətçi yoxdur».

BÜDCƏDƏ TALANÇILIQ

«Azadlıq» qəzeti yazır: «Büdcədə «təbii fəlakət» talançılığı davam edir». Bunu qəzetə müsahibəsində «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev deyib. Onun sözlərinə görə, bir il öncə zəlzələdən zərərçəkən bölgələrdə nəticələrin aradan qaldırılması üçün ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi mənimsənir. «Həmin vəsaitlərlə yüksək dövlət məmurları üçün bahalı villalar, obyektlər və sosial-inzibati binalar tikilir» deyə Oqtay Gülalıyev bildirir.

GÜL MONOPOLİYASI

«Oliqarxların gül monopoliyasının gizlinləri». «Bizim yol» qəzetinin məqaləsi belə adlanır. Qəzet əməkdaşı Nardaran gülçüləri ilə söhbət edib. Onlar sadə fermerə qoyulan qadağalardan danışıblar: «Hökumət nə fermerə kredit verir, nə istehsalçıdan özü gül alır, nə də gülü sərhəddən buraxır». Yerli fermerlər xaricdən gül vurulmasından şikayətçidirlər.

MODİFİKASİYA OLUNMUŞ POMİDORLAR

«Exo» qəzeti Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova istinadla yazır: «Bazarda realizə edilən pomidorun 98 faizi genetik baxımdan dəyişdirilib». Onun sözlərinə görə, vaxtilə Azərbaycanda 12 sort pomidor yetişdirilib, amma bu gün onları genetik modifikasiyaya uğramış məhsul əvəz edir: «Geni dəyişdirilmiş meyvə-tərəvəz heyvan genlərindən hazırlanır, bu da ümumi qaydalardan kənaraçıxmadır».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG