Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:49

Avropa Birliyi «xoşbəxtlik sorğusu»nu keçirən şirkətin adını açıqlamır


AB-nin bayrağı
AB-nin bayrağı
-

Azərbaycanda əhalinin 92%-i hökumətə inanır, 65%-i isə həyatından razıdır. Avropa Birliyinin maliyyəsi ilə həyata keçirilən və bu günlərdə açıqlanan sorğunun nəticələrində belə deyilir.

Azərbaycan üzrə «Avropa Qonşuluğu Barometri» sorğusu ötən ilin noyabr-dekabr aylarında, AB-nin maliyyəsi ilə, 1000 respondent arasında keçirilib. Məlumatı aprelin 25-də Avropa Qonşuluğu İnformasiya Mərkəzi yayıb.

65% HƏYATINDAN RAZIDIR

Sorğuya qatılan Azərbaycan vətəndaşlarının 65%-i öz həyatlarından razıdır (bu, region ölkələrindən daha çoxdur). Həyatdan məmnunluq səviyyəsi gənclər və təhsilli respondentlər arasında daha yüksəkdir.

Azərbaycanda çox adam Avropa Birliyinin bu ölkə ilə yaxşı münasibətlər qurduğuna və əməkdaşlıq üçün yetərli ümumi dəyərlərin olmasına inanır.

Rəyi soruşulanların böyük əksəriyyəti öz hökumətinə (92%) və parlamentə (68%) güvənir. Siyasi partiyalara inananlar 22%-dir.

Rəyi soruşulanlar ölkələrinin inkişaf istiqamətindən də razıdırlar: 48% hesab edir ki, Azərbaycan düzgün istiqamətdə irəliləyir və yalnız 17% bununla razılaşmır. İqtisadi ovqat indeksi də yüksəkdir: rəyi soruşulanların 69%-i iqtisadi durumundan, 60% isə demokratik proseslərin nəticələrindən razıdır.

Arxiv foto
Arxiv foto
Respondentlərin 53%-i belə hesab edir ki, Azərbaycan və AB arasında yaxşı əlaqələr formalaşıb. Bu, Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (AQTA) Şərq regionu üzrə (müvafiq olaraq 45% və 29%) nisbətən daha yaxşı göstəricisi sayılır.

Rəyi soruşulanların çoxu (59%) AB-nin demokratiya və insan haqlarında (51%) daha çox rol oynamasını istəyir. 48% iqtisadi inkişafda, 47% ticarətdə daha böyük rol arzulayır.

TƏRƏFDAŞ ŞİRKƏT HANSIDIR?

AzadlıqRadiosu sorğunu Azərbaycanda hansı təşkilatın keçirdiyini araşdırıb. AB Qonşuluğu İnformasiya Mərkəzindən alınan məlumata görə, sorğunu «TNS Opinion» keçirib.

Layihənin rəhbəri Pascal Chelala AzadlıqRadiosunun sorğusuna cavabında bildirib ki, «TNS» Beynəlxalq Araşdırma Agentliyidir.

Bəs bu qurumun ölkə daxilində tərəfdaşı hansı QHT olub?

- «Nümayəndəliyimiz olmayan ölkələrdə biz QHT-lərə deyil, oturuşmuş şirkətlərə etibar edirik. Rəy sorğuları müəyyənləşdirdiyimiz ciddi qaydalar və keyfiyyətə nəzarət əsasında aparılır. Dərc etdiyimiz nəticələr hər bir ölkənin əhalisi arasında təmsilçilik seçimi metodologiyası əsasında aparılıb».

Tərəfdaş şirkətlərin adları niyə gizli saxlanır? AzadlıqRadiosunun bu sualına, hələlik, Avropa Birliyindən cavab gəlməyib. «TNS» şirkətinin Azərbaycan və ümumilikdə, Cənubi Qafqaz üzrə Ukraynada yerləşən nümayəndəliyinə də sorğular cavabsız qalıb.

Təmsilçilik seçimi metodologiyasına görə, respondentlərin rəyi evlərdə – üzbəüz soruşulur. Küçədə rəy soruşmağa icazə verilmir. Eyni adam 50-dən çox müsahibə ala bilməz.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG