Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:57
Bu ilin aprelində Ermənistan silahlı qüvvələri cəbhə xəttində atəşkəs rejimini 161 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin məlumatları əsasında apardığı monitorinqin nəticələrinə görə, nəticədə 1 Azərbaycan hərbçisi həlak olub, 2-si isə yaralanıb.

Bundan başqa cəbhə xəttinin Qazax rayonu istiqamətində 1 nəfər mülki sakin minaya düşərək ölüb.

Atəşkəs rejimi daha çox Füzuli və Ağdam istiqamətlərində pozulub.

Ümumilikdə 2013-cü ilin ilk 4 ayında cəbhədə 578 belə hal qeydə alınıb və 5 Azərbaycan əsgəri həlak olub.
Ermənistan tərəfi isə bu müddət ərzində 12 nəfər itki verib.
XS
SM
MD
LG