Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:46

Telekanallarda Bədii şuralar bir ay ərzində yaradılacaq


Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli
-
Yaxın bir ayda telekanallarda Bədii şuralar yaradılacaq.

Bunu apa-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O, belə bir razılığın mayın 3-də telekanal rəhbərləri ilə keçirilən görüşdə əldə olunduğunu bildirib:

«Telekanallar 10 gün ərzində bununla əlaqədar bizə məlumat verəcək. Ümumrespublika yayımçıları və regional kanallar hər biri Bədii şura yaratmalıdır. Müəyyən qədər dilçilərə də ehtiyacımız olacaq. Bundan sonra ayrı-ayrılıqda bütün Bədii şuraların üzvləri ilə görüşlər keçiriləcək».

Müzakirələrdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da iştirak edib.

6 MİLYON MANAT

Şura sədri milli serialların çəkilməsi üçün ayrılan 6 milyon manatın necə bölünəcəyinə də aydınlıq gətirib:

«Görüşdə bir neçə variant müzakirə olunub. Birinci variant telekanalların özlərinə serial çəkilməsi üçün vəsaitin ayrılması, ikinci variant telekanallara və prodakşnlara bir yerdə vəsaitin ayrılması, üçüncü variant isə prodakşnlara ayrılıqda vəsaitin ayrılmasını nəzərdə tutur. Fikirləşdik ki, qarışıq metoddan istifadə edilsin, vəsait telekanallar və prodakşnlara ayrılsın. Bu dəfə bu proses əvvəlki dövrdən fərqli olaraq daha ciddi şəkildə həyata keçiriləcək və tələskənliyə yol verilməyəcək».

Şura sədri deyib ki, müzakirələr hələ tam bitməyib və mayın ikinci yarısında kino çəkən şirkətlərin rəhbərləri ilə də görüş keçiriləcək. Nuşirəvan Məhərrəmli Şuraya indiyə qədər 35-dən çox prodakşn şirkətinin müraciət etdiyini deyib.
XS
SM
MD
LG