Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:22

John Kerry hökumətləri tutulan bütün jurnalistləri azad etməyə çağırır


ABŞ Dövlət Katibi John Kerry Dünya Mətbuat azadlığı günü ilə bağlı bəyanat verib.
Bəyanatda deyilir ki, bu gün ifadə azadlığını, demokratik prinsipləri qorumaqda müstəqil medianın rolunu etiraf etməyə, qiymətləndirməyə imkan verir.

Kerry-nin bəyanatında deyilir ki, “biz bu imkandan istifadə edib, dünyanın hər yerində müstəqil media ilə həmrəyliyimizi bildiririk”.

“Bununla belə, bir çox ölkələrdə ifadə azadlığından istifadə etmək istəyənlər repressiyalara məruz qalırlar”.

Deyilir ki, bu repressiyalar “jurnalistlərə qarşı cəriməli məhkəmə işlərindən tutmuş ölümə və həbs cəzasınadək” uzanır.

Bəyanat bütün hökümətləri jurnalistlərin azad, müstəqil , qorxusuz işlədiyi mühit yaratmağa və tutulan bütün jurnalistləri azad etməyə çağırır.
XS
SM
MD
LG