Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:12

Müsəlmanların qadına münasibəti


Iraq - A Shiite Muslim woman attends the Arbaeen religious festival in the shrine city of Karbala, 03Jan2013
Iraq - A Shiite Muslim woman attends the Arbaeen religious festival in the shrine city of Karbala, 03Jan2013
-
İslamda qadın hüquqlarından çox danışılır, çox yazılır. Hər dəfə diskussiyalarda dində qadınlara kifayət qədər hüquq verildiyi vurğulanır. Belədirsə, İran, Səudiyyə Ərəbistanı və digər İslam dövlətlərində qadınların hüquqlarının məhdudlaşdırılması nə dərəcədə dinə uyğundur? Bu haqda “İslam və demokratiya” proqramında növbəti müzakirə açılıb.

İSLAM QADINA HÜQUQLAR VERİR, AMMA...

“Azadqadin.az” saytının redaktoru Aynur Qurbanqızı hesab edir ki, İslamda qadına xeyli gözəl hüquqlar verilsə də, əksəriyyətin bundan xəbəri yoxdur:

“Ancaq onu bilirlər ki, kişiyə dörd adın almaq olar, qadın ərinə tabe olmalıdır, onun köləsi olmalıdır. Halbuki, İslama görə qadın istəməsə, ev işlərindən də imtina edə bilər, özü pul qazanırsa, onu ailəsinə xərcləməyə bilər. Reallıqda bundan kimin xəbəri var?”

Xanım redaktor hesab edir ki, Azərbaycanda dini qaydalardan dəm vuran kişilər adətən İslamda özlərinə sərf edən tərəfi əsas götürür, qadınları əzmək haqqında düşünürlər:


QADINI DÖYMƏK HÜQUQU?

“Adətən kişilərin işlətdiyi ifadə budur ki, qadın kişinin qabırğasından yaranıb, Quranda qadınlara dair “Döyün” kəlməsi işlənilir. Harada kişilərə sərf edən nəsə tapırlarsa, onu əllərində bayraq Amma niyə başqa ayələri oxumurlar, harada ki qadına hörmətdən danışılır”.

A. Qurbanqızı hesab edir ki, İranda qadınlar çadra örtsələr də, sosial məsələlərdə kifayət qədər hüququ verilir:


BOŞANMA

“Məsələn, boşananda kişilər müflis olur. Azərbaycanda isə vəziyyət tamamilə əksinədir. Subay oğlan boşanmış qadınla evlənə bilmir. Belə müsəlmansınızsa, dindən dəm vurursunuzsa, onda peyğəmbərimizin yolu ilə niyə getmirsiz? Bizdə qadınlardan İslama uyun davranmağı tələb edirlər, amma hüquqları vermirlər. Müsəlmanlar mübahisə zamanı söyüşdən, təhqirdən çəkinmirlər. bu, necə dindarlıqdır?”


"AZƏRBAYCANDA İSLAM ADƏTİ YOXDUR"

Şərqşünas Vüsal Hətəmov isə Azərbaycanda İslam cəmiyyətinin mövcud olmadığını, ona görə dini qaydaların tələb olunmadığını söylədi:

“Bütün dinlərdə, bütün əqidələrdə qadın və kişilərə bərabər hüquqlar verilir, amma bu hüquqların tətbiqində problemlər yaranır. Azərbaycan nə dünyəvi kimi dünyəvidir, nə də dini bir dövlətdir. Burada əsasən adət-ənənələr yaşadılır”.

Vüsal Hətəmov deyir ki, artıq İranda dA qadınlara qarşı bəzi qdağalar yumşaldılır, qadınlara bşı yaylıqla örtməyə iczə verilri. Buna baxmayaraq, əksər hallarda qadınların özləri başını açmır:


İSLAMDA QADINLA BAĞLI QADAĞALAR

“İslam dövlətlərində qadın və kişi çimərlikləri ayrıdır. Bu da təbiidir, onlar ikisi yanaçı üzə bilməz. Bayq döyülməkdən danışdınız. Amm məlumdur ki, qədim dövlətlərdə Konstitusiya əvəzi Quran qəbul edilib. İndi qadın evdə uşağı döyübsə, onu kişi tənbeh etməlidir də. Amma əslində kişinin həyatı elə cəzadır - döyüşə getmək, evi dolandırmaq”.

Dul qadınlarla bağlı deyilənlərlə razılaşan V.Hətəmov hesab edir ki, indi bəzi dulların hörməti bakirələrdən daha çoxdur.

“Bizdə təəssüf, ancaq müğənni qadınlara belə şərait yaradılır. Bu cür hallar isə İslamın təpkisi deyil, savadsızlığın basqısıdır. Çünki Azərbaycanda əsl İslam institutu yoxdur”.


ƏTRAFLI VERİLİŞİN AUDİYAZISINDA....
XS
SM
MD
LG