Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:40

Bhuttonun qətlini araşdıran prokuror öldürüldü


Pakistan polisi bildirir ki, keçmiş baş nazir Benazir Bhuttonun qətlinin istintaqında aparıcı prokuror güllələnib.

Cümə günü səhər silahlı adamlar prokuror Chaudry Zulfikarın maşınını atəşə tutub. Prokuror məhkəməyə gedirmiş.

Zulfikar Bhuttonun 2007-ci ildə intiharçı və silahlı hücumda öldürülməsini araşdırırdı. O, ölkənin o vaxtki hərbi lideri Musharrafi Bhuttoya kifayət qədər mühafizə təmin etməməkdə ittiham edirdi.

Zulfikar həmçinin Lashkar-i-Taibanın bir neçə qruplaşmasının 2008-ci ildə Mumbaidəki terrorunu araşdırırdı. O vaxt 166 adam ölmüşdü.
XS
SM
MD
LG