Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:54

AB-nin Azərbaycana yeni nümayəndəsi təyin edildi


AB bayrağı
AB bayrağı
İsveç diplomatı Malena Mard Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin edilib. ANS PRESS-in məlumatına görə, xəbəri AB-nin mətbuat xidməti yayıb.

Malena Mard bu təyinatadək İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə departamentinin direktoru olub. O, əvvəllər Sankt-Peterburq, Dəkkə və Brüsseldəki diplomatik nümayəndəliklərdə də çalışıb.

Diplomatların akkreditasiya qaydasına görə, Azərbaycana bu barədə məktub göndərilməlidir. Rəsmi Bakının təsdiqindən və bəzi inzibati proseslərdən sonra diplomat yeni vəzifəsinin icrasına başlaya bilər.

2009-cu ilin noyabrından AB-nin Azərbaycandakı nümayəndəsi olan Roland Kobia-nın səlahiyyət müddəti bu il başa çatır.
XS
SM
MD
LG