Keçid linkləri

2017, 29 İyul, şənbə, Bakı vaxtı 15:46

İlham Əliyev bp prezidentini qəbul edib


-
Mayın 2-də prezident İlham Əliyev bp şirkətinin prezidenti Robert Dudley-i qəbul edib. .

Görüşdə Azərbaycan ilə bp arasında uzunmüddətli uğurlu əməkdaşlığın mövcud olduğu bildirilib. Əməkdaşlığın strateji xarakter daşımasından məmnunluq ifadə edilib.

bp şirkətinin prezidenti Robert Dudley «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda görülən işlər barədə İlham Əliyevə məlumat verib.

Söhbət zamanı «Şahdəniz» yatağında işlərin uğurla həyata keçirildiyi vurğulanıb. Əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məlumatı president.az saytı yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG