Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 08:22

Azərbaycanda velosiped turu ilə bağlı bəzi yollar bağlanıb


Azərbaycanda keçirilən velosiped turu ilə bağlı ölkə ərazisində bağlanan yolların siyahısı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, «Tour d’Azerbaidjan» beynəlxalq velosiped turu ilə bağlı mayın 2-də Bakı-Abşeron-Qobustan-Şamaxı-İsmayıllı, mayın 3-də Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ, mayın 4-də Qəbələ-Şamaxı istiqamətlərində nəqliyyatın hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq.
XS
SM
MD
LG