Keçid linkləri

2025, 28 May, çərşənbə, Bakı vaxtı 08:25

Anarın kitabı Avstriyada nəşr olundu


«Azərbaycandan hekayələr» kitabı
«Azərbaycandan hekayələr» kitabı
Avstriyanın paytaxtı Vyanada «RRV Renata Rolfink» nəşriyyatı xalq yazıçısı Anarın alman dilində kitabını nəşr edib.

Xəbəri Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinə istinadən Mədəniyyət və Turizm İdarəsi yayıb.

«Azərbaycandan hekayələr» adlanan kitaba yazıçının «O gecənin səhəri», «Mən, sən, o və telefon», «Gürcü familiyası», «Yaxşı padşahın nağılı» hekayələri və «Dantenin yubileyi» povesti daxil edilib.

Kitabı alman dilinə Liliana Qrimm çevirib.

Kitabda oxuculara Anar haqqında bioqrafik məlumatlar çatdırılır, onun əvvəllər Almaniyada və İsveçrədə alman dilində çıxan «Beşmərtəbəli evin altıncı mərtəbəsi» romanı xatırlanır.

«Giriş sözü»ndə Liliana Qrimm kitabın ərsəyə gəlməsində yardım və məsləhətlərinə görə azərbaycanlı dostlarından Məhəmməd Osmanova, Sevinc FərzəliyevayaAytən Mirsalamlıya təşəkkürünü bildirir.
XS
SM
MD
LG