Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:46

İnternetdə təhqir və böhtan yazanlar cəzalandırıla bilər - [Video]


-

FB - diffamasiya

Facebook-dan birbaşa şərh yaz


Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində Cinayət Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişiklik layihələri böhtana və təhqirə görə məcəllədə nəzərdə tutulmuş 240 saat ictimai işlər cəzasını 480 saatadək artırmağı və məcəllənin 147 və 148-ci maddələrinin internet üzərindən yayılan məzmuna da şamil olunmasını nəzərdə tutur.
“Diffamasiya haqqında” qanunun qəbul edilməsi gözlənildiyi halda, bu cür dəyişiklik layihəsinin müzakirəsi birmənalı qarşılanmır.
İnternetdə təhqir və böhtana görə cəza tətbiq oluna bilərmi? “Diffamasiya haqqında” qanunun qəbulu mümkün olacaqmı?
Millət vəkilləri və media nümayəndələri ilə müzakirə etmişik.

Ekspert Xalid Ağalıyev:
- İstənilən halda böhtan və təhqirdən qorunmaq insanların hüququdur. Ancaq bunun üçün cinayət məsuliyyəti yox, cərimələr tətbiq olunmalıdı.
- Dövlət ifadə azadlığını məhdudlaşdırmağa yox, genişləndirməyə yönəlik addımlar atmalıdır.
Millət vəkili Rəfael Cəbrayılov:
- Dövlət siyasi-hüquqi iradəsini ortaya qoyub təhqir və böhtanı cinayət kimi tanımalıdır.
- Diffamasiya haqqında qanunun bu gün qəbulunun əleyhinəyəm. Elə insanlar var ki, onlarçün pul cərməsi belə fayda etmir.
Hüquqşünas Ələsgər Məmmədli:
- Diffamasiyanın dekriminallaşması – cinayət sayılmaması gözlənilərkən, təzədən böhtanı-təhqiri qüvvədə saxlamaq, KİV haqqında qanunun müddəalarına baxmadan interneti də buraya əlavə etmək hökumətin bəyanatlarıyla, ən azından açıqlamalarıyla ziddiyyət yaradır.
XS
SM
MD
LG