Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:56

Xan Şuşinskinin saytı təqdim olunacaq


Xan Şuşinski
Xan Şuşinski
-
Aprelin 29-da, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində muğam ustadı Xan Şuşinskinin virtual muzeyinin - memorial saytının təqdimat mərasimi keçiriləcək.

Xəbəri Mədəniyyət və Turizm İdarəsi yayıb.

Xan Şuşinski Fondunun prezidenti, sənətkarın qızı Bəyimxanım Verdiyeva-Cavanşirova virtual muzeyin 3 dildə olacağını bildirib.

Sayt Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Virtual muzey Mədəniyyət və Turizm Nazirliyi, Xan Şuşinski Fondu və «Musiqi dünyası» jurnalının təşkilati dəstəyi ilə yaradılıb.

Misilsiz ifasına görə «Xan» adını qazanmış İsfəndiyar Cavanşir 1901-ci ildə Şuşada doğulub.

Bənzərsiz səsi olan bu muğam ustası mahnılar da bəstələyib.

Onun «Qəmərim», «Şuşanın dağları» mahnısı indi də dillər əzbəridir.

Xan əmi 1979-cu il martın 18-də Bakıda dünyadan köçüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG