Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:45

Bakı hava limanında kütləvi dava olub


Heydər Əliyev adına hava limanında kütləvi dava olub, yaralananlar var. Bu barədə APA Hava Nəqliyyatı Polis İdarəsinə istinadən xəbər yayıb.

Məlumata görə, hadisə Naxçıvan terminalında qeydə alınıb. Naxçıvan sakinləri arasında düşən davada 1 nəfərin bıçaqlandığı bildirilir.

Xəbərdə deyilir ki, ərazidə xidmət aparan polis əməkdaşları dava iştirakçılarını saxlayaraq idarəyə aparıblar. Bu zaman daha bir qrup şəxs polis idarəsinin növbətçi hissəsinə hücum edərək saxlanılanların sərbəst buraxılmasını tələb ediblər.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları gəlib.

İnsident törədən şəxslərin hamısı saxlanılıb. Onların sayı və adı açıqlanmır.

DİN-in mətbuat xidmətindən və APA Hava Nəqliyyatı Polis İdarəsindən AzadlıqRadiosuna bildirilib ki, hadisə ilə bağlı yaxın saatlarda rəsmi açıqlama veriləcək.
XS
SM
MD
LG