Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:32

Mətbuat Şurası Ramil Usubova müraciət edib


Azərbaycan Mətbuat Şurası «Azadlıq» qəzetinin əməkdaşları Seymur Həzi və Xaliq Qarayevlə bağlı insidentlə əlaqədar daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, «Azadlıq» qəzetindən şuraya daxil olan məlumatda nəşrin əməkdaşları Seymur HəzininXaliq Qarayevin 2013-cü aprelin 27-də peşə vəzifələrini yerinə yetirərkən təzyiqə məruz qaldıqları əksini tapıb:

«Jurnalistlərin göstərilən tarixdə metronun «20 Yanvar» stansiyası yaxınlığında Nəqliyyat Nazirliyi müfəttişləri ilə taksi sürücüləri arasında yaşanmış insidentlə bağlı material hazırladıqları önə çəkilib. Qeyd edilib ki, nazirliyin müfəttişləri media nümayəndələrinə məxsus videokameraları yararsız hala salaraq özləri ilə aparıblar.

Hadisənin söz və mətbuat azadlıqlarına müdaxilə kontekstində müzakirə olunması ona həssas yanaşılmasını tələb edir. Buna görə də Sizdən məsələnin xüsusi olaraq nəzarətə götürülməsinə kömək göstərməyi xahiş edirik. Əminik ki, şəxsi diqqətiniz sayəsində insident ətraflı araşdırılacaq, barəsində qanuna müvafiq ölçü götürüləcək».
XS
SM
MD
LG