Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:03

Ələt-Astara yolunda sürücülər etiraz edir


Ələt-Astara yolunda sürücülərin etirazı
Ələt-Astara yolunda sürücülərin etirazı
-

SÜRÜCÜLƏRİN MAAŞLARI ARTIRILIR

İtalyanın «Todini» şirkətinin Bakı nümayəndəliyinin rəhbərliyi Salyanda etiraz aksiyası keçirən sürücülərlə görüşüb.

Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov AzadlıqRadiosuna bildirib ki, uzun danışıqlardan sonra rəhbərlik əmək haqqının qaldırılmasına qərar verib. Məlumata görə, artıq sürücülər minimum 500 manat maaş ala biləcəklər.

SÜRÜCÜLƏR ŞİKAYƏT EDİR

Aprelin 29-da səhər saatlarında Ələt-Astara avtomobil yolunu inşa edən şirkətin sürücüləri etiraz aksiyası keçiriblər.

Bu barədə AzadlıqRadiosuna Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. Onun sözlərinə görə, ağır tonnajlı yük maşınlarını idarə edən sürücülər əmək haqqının azlığından şikayətlənirlər.

Aylıq 250-300 manat əmək haqqı aldıqlarını deyən sürücülər, gün ərzində 30 km-lik məsafəyə torpaq daşıdıqlarını və bu maaşın sərf etdikləri əməyin müqabilində cüzi olduğunu qeyd edirlər. Sürücülər həm də onlara verilən yeməyin keyfiyyətindən narazıdırlar.

Yolu İtalyanın «Todini» şirkəti inşa edir.

E. Məmmədov bildirib ki, sürücülərə şirkətin Bakıdakı nümayəndəliyindən rəsmi şəxslərin gəlib, onlarla görüşəcəyi vədi verilib.

Hazırda etirazçılar rəsmi şəxslərin gəlişini gözləyirlər.

Ələt-Astara yolunda etiraz
Ələt-Astara yolunda etiraz
XS
SM
MD
LG