Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:37

Hüquq müdafiəçisi Vidadi İsgəndərli həbsdən buraxıldı


Vidadi İsgəndərli
Vidadi İsgəndərli
-
Hüquq müdafiəçisi Vidadi İsgəndərli aprelin 27-də azadlığa buraxılıb.

O, aprelin 18-də Yasamal rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq azadlıqdan məhrum edilmişdi.

O, İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsinin 1-ci bəndi ilə - polisin qanuni tələblərinə tabe olmamaqda ittiham olunurdu.

Şahid qismində dindirilən polislər Vidadi İsgəndərlinin şüarlar səsləndirdiyini, əhalini mitinqlərə çağırdığını, dövlətçilik əleyhinə çıxışlar etdiyini bildiriblər.

Vəkil Anar Qasımov AzadlıqRadiosuna bildirib ki, ittiham əsassızdır:

«Vidadi İsgəndərli sadəcə Texniki Universitetin yaxınlığında polisin yolu keçən tələbələri cərimə etməsinə etiraz edibmiş».

Vidadi İsgəndərli həbsinin qanunsuz və siyasi sifarişli olduğunu bildirib.

Bundan öncə hüquq müdafiəçisi 2011-ci ilin mayında həbs edilib, 2012-ci ilin sonunda əfv fərmanı ilə azadlığa çıxmışdı. Həmin vaxt o, Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə və zor tətbiq etməklə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə müdaxilə) ilə ittiham olunub.
XS
SM
MD
LG