Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:55

İki gəncin asılmış vəziyyətdə meyiti tapılıb


Foto: Arxiv
Foto: Arxiv
-
Aprelin 27-də Bakının Ramanı qəsəbəsində yardımçı tikilidə asılmış vəziyyətdə iki yeniyetmənin meyiti tapılıb.

Bu barədə apa-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib.

Bu şəxslərin 18 yaşlı Naxçıvan şəhər sakini Ramil Bayramov və həmin yaşlı Cəlilabad sakini Əli Qəmbərlinin olduğu müəyyənləşib.

Dost olduqları deyilən yeniyetmələrin intihar etdiyi bildirilir.

Araşdırma aparılır.

CİNAYƏT İŞİ AÇILIB

Baş Prokurorluq Sabunçu rayonunda iki yeniyetmənin intihar etməsi faktı ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, meyitlərə valideynlərinin iştirakı ilə baxış keçirilib və onların boyun nahiyəsində ip izlərindən başqa heç bir xəsarət izi aşkar edilməyib.

Araşdırmalarla müəyyən edilib ki, Əli QəmbərliRamil Bayramov aprelin 26-da evdən çıxıb və sonuncu həmyerlisi Elçin adlı şəxsin mobil telefonuna «haqqınızı halal edin, bu gün Əli ilə mənim axırıncı günümdür» mesajı göndərib.

Faktla əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
XS
SM
MD
LG