Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 19:08

Təhsil Nazirliyi informasiya siyasətini dəyişir


Təhsil Nazirliyinin binası
-
Təhsil Nazirliyi jurnalistlərin müraciətinə ən geci iki günə cavab verəcək.
Aprelin 26-da bu barədə nazirliyin internet saytında məlumat verilib.
Məlumatda qeyd olunur ki, həftəiçi mediayadan nazirliyə daxil olan bütün müraciətlər 24-48 saat ərzində araşdırılıb cavablandırılacaq.
“Təhsil Nazirliyi KİV-lə daha səmərəli münasibətlərin qurulması üçün yeni siyasət formalaşdırır. Bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edəcək. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarını artıracaq. Odur ki, media təmsilçilərindən yeni əməkdaşlıq siyasəti formalaşdırılana qədər Təhsil Nazirliyinə edilən müraciətlərin yazılı olaraq göndərilməsi xahiş olunur”.
Müraciətlər Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin press@edu.gov.az elektron poçt ünvanına və ya 012-496-37-76 nömrəli faksına göndərilə bilər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG