Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:58

SOCAR Ukraynada əlavə 66 yanacaqdoldurma kompleksi açır


Dövlət Neft Şirkətinin törəmə şirkəti olan “SOCAR Energy Ukraine” ilin sonunadək Ukraynadakı yanacaqdoldurma komplekslərinin (YDK) sayını hazırkı 34-dən 100-dək artırmaq planlarını açıqlayıb.

Bunu jurnalistlərlə söhbətində SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov bəyan edib.

Onun sözlərinə görə, SOCAR 100 YDK-nin Ukrayna ərazisində fəaliyyətinə bu ilin sonunadək nail olmaq niyyətindədir.

SOCAR Ukraynada fəaliyyətinə 2009-cu ildə başlayıb. 2009-cu ilin əvvəlində SOCAR Energy Ukraine şirkəti Ukraynada ilk YDK-ni açıb. Həmin ildən 2013-cü ilədək şirkət Ukraynadakı biznes fəaliyyətinin genişləndirilməsinə 160 mln dollar sərmayə qoyub.
XS
SM
MD
LG