Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:11

Kürd yaraqlıları mayın 5-dən Türkiyə ərazisindən çıxacaq


Foto arxiv
Foto arxiv
Kürd yaraqlıları mayın 5-dən Türkiyə ərazisindən çıxmağa başlayacaqlarını bəyan ediblər.

Bu barədə “Kürdüstan işçi partiyası” ilə bağlı olan “Firat News” saytı kürd yaraqlılarının indiki lideri Murat Karayilana istinadla xəbər verir.

Onun sözlərinə görə yaraqlılar mərhələ-mərhələ qrup halında çıxarılacaq və prosesi tezliklə başa çatdırmaq planlaşıdırlır.
Amma o geri çəkilərkən Türkiyəyə hücum etməməyi xəbərdarlıq edib və əks halda cavab zərbəsi endiriləcəyini bildirib.

Qeyd edək ki, bu yaxınlarda Türkiyə ilə “Kürdüstan işçi partiyası” arasında belə bir razılaşma əldə olunub.
Kürd separatçılarının hazırda həbsdə olan lideri Abdullah Ocalan tərəfdarlarını bu ilin martında atəşi dayandırmağa və silahı yerə qoymağa çağırıb.

1984-cü ildən Türkiyənin cənub-şərqində Kürd separatçıları ilə Türkiyə ordusu arasında gedən toqquşmalarda 40 minə yaxın adam ölüb.
XS
SM
MD
LG