Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:54

«Maşa və Ayı» aprelin 27-də təkrar göstəriləcək


«Maşa və Ayı» tamaşası
«Maşa və Ayı» tamaşası
-
Aprelin 27-də Akademik Milli Dram Teatrında Gürcüstanın «Multi-Pulti Dünyası» Uşaq Teatrının hazırladığı «Maşa və Ayı» tamaşası təkrar nümayiş olunacaq.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Xəbərdə deyilir ki, aprelin 21-də göstərilən tamaşanın biletləri satışa çıxar-çıxmaz satılıb qurtardığından, çox sayda insan tamaşaya baxa bilməyib.

Bu səbəbdən kollektiv tamaşanı bir gün də nümayiş etdirmək qərarına gəlib.

Beləliklə, aprelin 27-də saat 15.00, 17.00 və 19.00-da Akademik Milli Dram Teatrında «Maşa və Ayı» tamaşası təkrar nümayiş olunacaq.

Xəbərdə bildirilir ki, «Multi-Pulti Dünyası» teatrı «Maşa və ayı» tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir.

Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək.

Hazırda nümayiş olunan seriya «Arzular çin olur» adlanır.

Teatr layihəsinin birinci mərhələsi Gürcüstanın Tbilisi, Kutaisi və Batumi şəhərlərində böyük uğurla keçib.

Gürcüstanda tamaşa 56 dəfə oynanılıb və 28556 nəfər tərəfindən izlənilib.

Bakıda nümayiş olunacaq tamaşa məxsusi Azərbaycan tamaşaçıları üçün hazırlanıb və xalqın ən qədim bayramlarından olan Novruz bayramına həsr olunub.

Tamaşanın qəhrəmanı – uşaqların sevimlisi dəcəl Maşa Bakıdan qonaq gəlməsini arzulayır və onun arzusu çin olur. Azərbaycan folklorunun ən məşhur personajı Cırtdan Maşagilə qonaq gəlir. Cırtdan Maşaya Novruz bayramı haqqında məlumat verir, bayram şirniyyatlarının hazırlanma qaydasını, Azərbaycan rəqslərini öyrədir. Onlar birlikdə paxlava bişirir, yumurta boyayır, rəqs edir və çox əylənirlər.

Məşhur cizgi filminin motivləri əsasında hazırlanan uşaq tamaşasında azərbaycanlı və gürcü aktyorlar çıxış edir. Tamaşanın quruluşçu rejissoru Qoça Kviçadır. Rolları Maka Tsintsadze (Maşa), Amiran Buidze (Ayı), Niko Kakabadze (Canavar), Tamuna Bedianaşvili (Qartopu), Elnur Əliyev (Cırtdan) və Elnar Qarayev (Şaxtababa) ifa edirlər.

Tamaşa Azərbaycan dilində oynanılır.

Biletlər şəhərin mərkəzi kassalarında, eləcə də Akademik Milli Dram Teatrının kassasında satılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG