Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:07

Kadırov nazirləri boks rinqində «tərbiyə edir»


Ramzan Kadırov naziri cəzalandırır
Ramzan Kadırov naziri cəzalandırır
-
İctimaiyyət Ramzan Kadırovun pəhləvan cüssəsi haqqında sosial mediadan çox şey öyrənib. Çeçenistan prezidenti sosial şəbəkələrin fəal istifadəçisidir və öz məşqlərini göstərən fotoşəkilləri yaymaqdan çəkinən adamlardan deyil. O, bəlkə elə bu üzdən tabeliyindəki birisini boks rinqinə çağıranda, heç tövrünü pozmayıb.

Çeçenistan prezidenti aprelin 22-də Bədən Tərbiyəsi və İdman Nazirliyinə baş çəkəndən sonra nazirlik binasının gözoxşamaz görünüşündən narazılığını dilə gətirdi və Instagram-dakı səhifəsində o tikilini «salxaq-sulxaq» şəklində səciyyələndirdi.
O bildirdi ki, yaxın 2 həftə içində - amma bədən tərbiyəsi və idman naziri Salambek İsmailov cəzasını çəkəndən sonra - binanın əsaslı təmiri başa çatdırılacaq.

«YUMRUQLU» ÇÖZÜM

Kadırovun Instagram səhifəsindəki fotolardan onun nazir İsmailova necə bir neçə zərbə vurduğu görünür. Rusiyanın əmək və sosial müdafiə naziri Maksim Topilin və Çeçenistanın əmək naziri Moxmad Axmadov bu qarşılaşmanı kənardan izləyirlər.
Ramzan Kadırov bir müddət sonra həmin qarşılaşma barədə öz oxucularını bilgiləndirir:
Ramzan Kadırov futbol matçında
Ramzan Kadırov futbol matçında
«Aramızdakı dialoq gedişində sağdan və soldan barmaq toxunuşlarıyla (daha doğrusu, yumruqlamaqla) yumşaq-yumşaq və sezdirmədən ona baş işlətməyi anlatdım».

Kadırov əvvəlcə Salambek İsmailovun qoruyucu papaq geyməsinə yol verməyəcəyini eşitdirsə də, «döyüş»də – «O, sabah işə çıxacaq, axı» – deyərək fikrini dəyişdi.

Çeçenistan lideri ertəsi gün keçirilməsi nəzərdə tutulan müşavirə öncəsində də əmək naziri Moxmad Axmadova xəbərdarlığını yazıda belə ifadə etmişdi:

«Axmadovun rinqdə cəzalandırılıb-cəzalandırılmaması sabahkı müşavirədən sonra bilinəcək».

SÖZDƏN İŞƏ
Putin və Kadırov
Putin və Kadırov

Kremlin yaxın müttəfiqi olan Kadırov insan haqlarını pozmaqda, o sıradan rəqiblərinə öz əliylə işgəncə verməkdə suçlanıb. Onun adı bu ilin aprelində ABŞ-da yayımlanıb-açıqlanan «Maqnitski siyahısı»nda çəkilməsə də, məlumatlara görə, Ramzan Kadırov siyahının bənzər sanksiyalarla üzləşəcək gizli bölümünə düşüb.

Bu il daha öncə Çeçenistan prezidenti yerli «Terek»lə Tatarıstanın «Rubin» komandası arasındakı futbol matçında özündən çıxmışdı. Onun çığıra-çığıra dediyi – «Satqın hakim, sarsaq!» sözlərini səsucaldan bütün stadiona yaymışdı.

Çığırmaqdan yorulan Ramzan Kadırov, görünür, indi «fiziki» töhmətlərə əl atmaq qərarına gəlib.

Məqalə Azad Avropa/AzadlıqRadiosunun jurnalisti Diana Kyukun materialı əsasında yazılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG