Keçid linkləri

2025, 07 Dekabr, bazar, Bakı vaxtı 01:16

ABŞ rəsmiləri Tsarnaev qardaşlarının valideyinləri ilə görüşüb


 Zubeidat Tsarnaeva
Zubeidat Tsarnaeva
ABŞ rəsmiləri Dağıstanda Boston partlayışlarında şübhəli bilinən Tamerlan və Dzokhar Tsarnayevin anası Zubeidat Tsarnaeva ilə görüşüblər.

Yerli hüquq müdafiəçisi Kheda Saratova Azadlıq Radiosuna onun Federal təhlükəsizlik  xidmətinin yerli şöbəsində dindirildiyini deyir.
ABŞ rəsmiləri onların atası Anzor Tsarnaevi də dindiriblər.

Aprelin 15-də Bostonda keçirilən marafon yarışında törədilən 2 partlayışda 3 nəfər ölüb, 260 nəfərsə yaralanıb.
Tamerlan aprelin 19-da polislə atışmada öldürülüb, Dzokhar isə elə həmin gün ələ keçirilib.

Tamerlanın həyat yoldaşı Ketrin Rasseiln (Katherine Russell) vəkili Miriam Weizenbaum  onların bu hadisədən dərin sarsıldığını deyir.
XS
SM
MD
LG