Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:06

Kitab günündə öz kitabını 50 faiz endirimlə təklif edəcək


Sevinc Çılğın
Sevinc Çılğın
-

Şairə Sevinc Çılğın "Alaçarpa" şeirlər kitabı üçün Kitab günü keçirir.

Kitab günü aprelin 27-də saat 18:00-da "Park Bulvar"ın birinci mərtəbəsində, "Əli və Nino" kitab mağazasında baş tutacaq.

Müəllif imza gününündə öz şeirlər kitabını 50 faiz endirimlə satacaq.

Məqsəd "Əli və Nino" kitab mağazaları şəbəkəsinin "Qanun" nəşriyyatı ilə birgə keçirdiyi "ƏDV-yə yox deyək" kampaniyasına dəstək vermək və oxucularla görüşməkdir.

Kitab günündə müəllif oxucular üçün kitab imzalamaqdan əlavə, öz şeirlərindən də oxuyacaq.

Müəllif oxucuları və kitabsevərləri təqdimata dəvət edir.
XS
SM
MD
LG