Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:01

Növbəti iki gündə hava qeyri-sabit olacaq


Aprelin 23-də Bakı və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, əsasən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq.

Aprelin 24-də də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir qısa müddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək . Havanın temperaturu gecə 5-9 dərəcə, gündüz 9-14 dərəcə isti olacaq.

Aprelin 23-də rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 6-11 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.

Aprelin 24-də də rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Aprelin 24-də gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi, aprelin 25-də isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu Aran rayonlarında gecə 5-10 dərəcə isti, gündüz 11-16 dərəcə, bəzi yerlərdə 18 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
XS
SM
MD
LG