Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:45

Tsarnaev qardaşlarının anası övladlarının günahsız olduğunu deyir


Foto arxiv
Foto arxiv
Boston partlayışlarında şübhəli bilinən Tsarnaev qardaşlarının anası övladlarının günahsız olduğunu və bunun ABŞ hakimiyyəti tərəfindən quraşdırıldığını deyir.

O bunu AzadlıqRadiosunun Şimali Qafqaz xidmətinə müsahibəsində Tsarnaev qardaşlarının anası Zubeidat Tsarnaeva deyib.

Onun böyük oğlu Tamerlan polislə atışmada ölüb, kiçik oğlu Dzhokhar isə yaralandıqdan az sonra polis tərəfindən yaxalanıb.

Zubeidat Tsarnaeva deyir ki, həyat yoldaşı Anzor Tsarnaev övladlarını müdafiə etmək
üçün ABŞ-a yollanmağa hazırlaşır.

Bazar etəsi Bostonda keçirilən marafonun sonlarında tərədilən 2 partlayışda 3 nəfər ölüb, 180-dən çox adam yaralanıb.
XS
SM
MD
LG