Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:36

Alisher Usmanov Britaniya və İrlandiyada ən varlı adamdır


Alisher Usmanov
Alisher Usmanov
Rusiyalı iş adamı Alisher Usmanov Böyük Britaniya və İrlandiyada ən varlı adam hesab olunur.
O Sunday Times qəzetinin varlı adamlarla bağlı hazırladığı siyahıda başda gəlir.

59 yaşlı iş adamının 20, 3 milyard dolları olduğu bildirilir.
O “Metalloinvest” dəmiryol şirkətinin sahibidir və İngiltərənin “Arsenal” futbol klubunda 30 faiz payı var.

İkinci yerdə 16,8 milyardla həmçinin əslən rusiyalı və hazırda ABŞ vətəndaşı olan Len Blavatnik gəlir.

“Çelsi” futbol klubunun sahibi və rusiyalı oliqarx Roman Abramovich isə 14, 2 milyardla siyahıda beşincidir.
XS
SM
MD
LG