Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:08

Dzhokhar Tsarnaevə qarşı ittiham irəli sürüləcəyi gözlənilir


Dzhokhar Tsarnaev
Bostonda partlayış törətməkdə şübhəli bilinən Dzhokhar Tsarnaev hazırda ağır vəziyyətdə Boston xəstəxanasındadır.

O cümə günü həyətlərdən birində, qayığın içində aşkar edilib və ağır güllə yarası ilə xəstəxanaya götürülüb.

Partlayışda şübhəli bilinən onun böyük qardaşı Tamerlan Tsarnaev isə bundan əvvəl polislə atışmada öldürülüb.
Tamerlanın 26, Dzhokharın isə 19 yaşı var.
Onlar milliyətcə çeçendirlər.

Yaxın vaxtlarda Dzhokhar Tsarnaevə qarşı rəsmi ittiham irəli sürüləcəyi gözlənilir.

Bazar etəsi Bostonda keçirilən marafonun sonlarında tərədilən 2 partlayışda 3 nəfər ölüb, 180-dən çox adam yaralanıb.

ABŞ prezidenti Barack Obama əməliyyatın vacib mərhələsinin bağlandığını, amma hələ bir çox sualların açıq qaldığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG