Keçid linkləri

Təcili xəbərlər
2021, 30 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:41

Hindistanda 5 yaşlı qızı zorlayan yaxalanıb


Foto arxiv
Hindistan polisi Dehlidə 5 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
22 yaşlı şübhəli şərqi Bihar ştatında yaxalanıb.

Polisin məlumatına görə, o qızı bazar günü oğurlayıb və 3 gün ərzində bir neçə dəfə zorlayıb.

Qız cümə axşamı şübhəlinin evi yaxınlığında aşkar edilib və Dehli xəstəxanasına götürülüb.

İnsident paytaxtda etiraz aksiyalarına səbəb olub.
Aksiyaçılar ölkədə qadın və uşaqların qorunmasını tələb ediblər.

Bu Hindistanda baş verən ilk belə hadisə deyil.
XS
SM
MD
LG