Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:49

«Seçkiyə qədər bir neçə məmur da öz postundan gedə bilər»


Əli Kərimli və İsa Qəmbər
Əli Kərimli və İsa Qəmbər
-
ACINACAQLI DURUMA DÜŞƏN MÜXALİFƏT

«Yeni Azərbaycan» qəzeti radikal müxalifətin acınacaqlı duruma düşdüyünü yazır. Qəzetə görə, prezident seçkiləri yaxınlaşdıqca, ölkədəki radikal müxalifət düşərgəsində qarşıdurmalar daha şiddətli xarakter alır:

«Vahid namizəd ideyasının puç olması bunu bir daha təsdiqləyir. Düşərgə təmsilçiləri seçkilərdə hər hansı bir uğura ümid bəsləmədiklərindən, heç olmasa , müxalifətçilər arasında birinci olmaq uğurunda mübarizə aparırlar».

MİSİR MƏRDANOVSUZ TƏHSİL

«Bizim yol» qəzeti Misir Mərdanovun işdən çıxarılmasından sonra təhsildə vəziyyətin düzəlib-düzəlməyəcəyinə ekspertlərin rəyini öyrənib.

Ekspert Rövşən Ağayevə görə, «Bir hökumətin ki, aydın təhsil strategiyası yoxdursa, hansısa fərd dəyişiklik edə bilməz».

Başqa bir ekspert, Nadir İsrafilov isə hesab edir ki, «yeni nazir mütləq yeni komanda ilə işləməlidir. Ancaq bu yolla təhsili inkişaf etdirmək olar. Təkcə bir şəxsi dəyişib, köhnə kadrların qalması ilə müsbət heç nəyə nail olmaq olmaz».

«PAŞAYEVLƏRİN «MİSİR İNQİLABI»»

«Azadlıq» qəzeti Misir Mərdanovun vəzifəsindən uzaqlaşdırılmasını «Paşayevlərin «Misir inqilabı»» adlandırır. Qəzet yeni təyinatı həm də Ramiz Mehdiyevin təhsil sektoru uğrunda mübarizəni uduzması kimi dəyərləndirir.

Misir Mərdanov
Misir Mərdanov
SEÇKİYƏ QƏDƏR BİR NEÇƏ MƏMUR DA ÖZ POSTUNDAN GEDƏ BİLƏR

«Yeni Müsavat» qəzeti Misir Mərdanovun qərarının aprelin 14-ü, prezidentin müşavirəsində verildiyini yazır. Qəzet hesab edir ki, «hakimiyyətin ən qocaman və «köhnə qvardiya»nın ən iri fiqurlarından olan Mərdanovun işdən çıxarılması, şübhəsiz ki, ciddi hadisədir və onun əks-sədası hələ bir müddət səngiməyəcək. Lakin gözlənəndir ki, 14 aprel müşavirəsinin nəticəsi olaraq imici korlanmış daha bir neçə yüksəkvəzifəli məmur seçkilərə qədər öz postundan getməli olsun».

«NEFTÇİ»NIN AZARKEŞLƏRİ KLUBDAN NİYƏ KÜSÜB?

«Futbol+» yazır ki, son vaxtlar «Neftçi»nin azarkeşlərinin sayında azalma müşahidə olunur:

«Çox uzağa getməyək, kubokun yarımfinalının «Qarabağ»la ilk görüşündə ağdamlı fanatlar dominantlıq edirdi. «Neftçi»nin tərəfdarlarının səsi isə, demək olar, çıxmırdı».

Klubun mətbuat xidmətinin rəhbəri qəzetə azarkeşlərin azalmasının səbəbini elə azarkeşlərin özündən soruşmağı məsləhət görüb. Qəzet azarkeşlərə müraciət edib, onlardan səbəb soruşub.

«Flaqman»ın rəhbəri Ceyhun Bədəlzadə:
«Neftçi»-«Rubin» oyunu
«Neftçi»-«Rubin» oyunu
«Komandanı dəstəkləyirdik. Amma hava yağışlı keçdiyindən bir kənara çəkilmişdik. Yağışın altında dayanmaq olmurdu. Camaatı necə töküm ki, gedin dəstəyinizi göstərin».

«Froza Neftçi» fan-klubunun rəhbəri Zamin Əliyev küskünlüyə səbəb olan məqamları açıb deyib:

«Klubdan nə istəyirik? Heç olmasa, arabir pul versinlər, uşaqları aparıb gətirməyə, işlətdiyimiz kafenin icarə haqqını ödəməkdə kömək etsinlər. İcarə haqqı 600 manatdır».

YOLLARININ 50 FAİZİ STANDARTLARA CAVAB VERMƏYƏN ÖLKƏ

«Exo» qəzeti yolların 50 faizinin normalara uyğun gəlmədiyini yazır. Qəzetə görə, elə bu səbəbdən də azərbaycanlı sürücülər qazanclarının 5 faizini itirirlər:

«30 illiyə hesablandığı deyilən beton yollar heç 2-3 il dözmədi. Belə görünür ki, yol tikintisi zamanı məsələ dəqiq araşdırılmır, keyfiyyətsiz materiallardan istifadə olunur».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG