Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:44

İsmayıl Ömərov İctimai TV-nin baş direktorluğundan gedir


İsmayıl Ömərov
-
O, baş direktorluq vəzifəsi üçün keçirilən müsabiqədə namizədliyini verməyib.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

MTRŞ-nın yaydığı xəbərə görə, müsabiqəyə sənəd qəbulu aprelin 4-dən başlayıb və aprelin 19-da başa çatıb.

Namizədlərin adı və sayı açıqlanmır.

İctimai TV-nin indiki baş direktoru İsmayıl Ömərov bu dəfəki müsabiqədə öz namizədliyini verməyib.

Namizədlər müəyyənləşdirildikdən sonra seçkinin keçirilməsi üçün namizədlərin siyahısı İctimai Televiziya və Radio Yayım Şurasına təqdim ediləcək.
XS
SM
MD
LG