Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:15

Musharraf polis məntəqəsində 2 günlük dustağlığa məhkum edildi


Pakistanın keçmiş lideri Pervez Musharraf iki günlüyə polis məntəqəsində dustaqlığa məhkum edilib. O cümə günü anti-terrorizm məhkəməsinə appelyasiya verməlidir. O həmçinin həbsi ilə bağlı Ali Məhkəməyə appelyasiya verəcək.
Musharraf appelyasiya verənə qədər polis məntəqsini tərk edə bilməz.

Onun vəkilləri Musharrafin həbsini ehtiyac olmayan hərəkət adlandırırlar.

69 yaşlı Musharraf 2007-ci ildə fövqəladə vəziyyət elan edəndə və konstitusiyanı dayandıranda Ali Məhkəmə hakimlərini işdən çıxartmaqda ittiham olunur.
Musharraf Facebook səhifəsində həbsini və ittihamları siyasi motivli adlandırır. O, Pakistana mart ayında qayıdıb və mayın 11-dəki seçkilərdə iştirak etmək istəyirdi, ancaq seçkilərə buraxılmadı.
XS
SM
MD
LG