Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:14

80 min manatlıq mal satıb, amma hesaba daxil etməyib


Azərbaycan Lizinq Şirkəti 80 min manatlıq mal satılıb, amma hesaba daxil etməyib.
Bu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı araşdırma zamanı məlum olub.

Prokurorluğun yaydığı məlumata görə, Sumqayıt Apelyasiya Məhkəməsinin qərardatı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırma aparılıb. Bu zamanı 2 il öncə «Azərbaycan Lizinq Şirkəti» MMC ilə fiziki şəxs Bəşirov Balaca Mustafa oğlu arasında 80 min manat dəyərində 4 ədəd isitmə sisteminin lizinq yolu ilə alınması barədə müqavilə bağlanıb.

Lakin isitmə sistemləri başqalarına satılaraq, pul cəmiyyətin hesabına mədaxil edilməyib. Bununla da adıçəkilən müəssisənin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və ya sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
XS
SM
MD
LG