Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:01

Rusiyada «dəlixana cəzaları» artır


-

İş bircə saatın içində yekunlaşdı.

Martin 18-də saat 10 26-da Lüdmila Popkovaya bir parça kağız verdilər ki, Moskvadakı məhkəmələrin birində hakim Tatyana Neverovanın rəhbərliyi ilə proses olacaq. Yarım saatdan sonra məhkəmə başlandı və cəmi 15 dəqiqə çəkdi. Popkovaya məhkəmədə danışmağa da imkan verilmədi. Onun bütün etirazları rədd edildi. Hakim qərar verdi ki, Popkova Moskvadakı ruhi xəstəxanaların birinə 30 günlük müayinəyə göndərilsin.

Amma təxminən 10 günlük müayinədən sonra onu azad ediblər.

Popkova deyir ki, başına gələn qəribə hadisəni heç kəsə arzu etməzdi. Onun sözlərinə görə, normal, sağlam adam olaraq ruhi xəstə, narkotik istifadəçisi və alkoqoliklərlə eyni otağa salınması onun üçün əsl şok olub.

Rusiya qanunları Popkova kimi şəxslərin ruhi xəstəxanaya salınmasınına asanlıqla imkan yaradır. Müstəntiqin xahişi yetərlidir. O məhkəməyə yaza bilər ki, təqsirləndirilən şəxs özünü şübhəli aparır, suallara əsəbi cavab verir…

"MAHİYYƏT EYNİDİR"

Vaxtilə sovet məhkəmələri sərbəst düşüncəli insanlara qarşı bu taktikadan geniş istifadə edirdi.

Rusiyada fəaliyyət göstərən müstəqil Psixiatrlar Assosiasiyasının icraçı direktoru Lübov Vinoqradova deyir:

“Bu praktikadan daha tez-tez istifadə etməyə başlayıblar. Düzdür, bu, sovet
Rusiyalı hüquq müdafiəçisi Valeria Novodvorskaya keçmiş dissidentdir, onu da sovet dövründə ruhi xəstəxanaya salmışdılar.
Rusiyalı hüquq müdafiəçisi Valeria Novodvorskaya keçmiş dissidentdir, onu da sovet dövründə ruhi xəstəxanaya salmışdılar.
övründəki kimi qəddar formada baş vermir. O zaman insanları şəxsi fikrini dediyinə görə, məcburən mülicəyə göndərir, müxtəlif cinayətlərdə ittiham edirdilər. İndi bunu fərqli şəkildə edirlər. Amma mahiyyət eynidir.”

Popkova vaxtilə Prezident Administrasiyasının, Federasiya Şurasının və başqa dövlət idarələrinin həmkarlar təşkilatının sədri olub. Günlərin bir günü ona məlum olub ki, Prezident Aparatına məxsus mənzillərin birinin sahibliyi onun işçisi Tatyana Barışnikovaya verilib.

Popkova bunu araşdırmağa başlayanda, saxta sənədlər aşkarlayanda isə Prezident Aparatının kadrlar idarəsinin rəhbəri Sergey Dubik onu yanına çağırıb və 2 gün vaxt verib ki, şələ-küləsini də yığşıdırıb işdən çıxsın.

Bundan sonra onun özünə qarşı korrupsiya ittihamı ilə cinayət işi açıblar. 1 milyon rublu mənimsəməkdə ittiham ediblər.

İstintaq 3 ildir davam edir və onu müayinəyə də həmin istintaq çərçivəsində göndəriblər.

Barışnikovaya qarşı da cinayət işi açılıb, amma o guya yeri bilinmədiyi üçün həbs edilməyib.

Popkovanın müalicəyə göndərilməsi yeganə belə hal deyil

2012-ci ildə Sibirdə jurnalist Ruslan Makarov haqda da belə qərar olmuşdu.

Bundan əvvəl - 2011-ci ildə isə Kareliyada insan haqları müdafiəçisi Maksim Yefimov ruhi xəstəxanaya müalicəyə göndərilmişdi. Bu onun pravoslav kilsəsini tənqid edən bloq yazısından sonra baş vermişdi.

Azad olunandan sonra o Estoniyaya qaçıb siyasi sığınacaq istəmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG