Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:39

Azərbaycanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd ediləcək


Hər il aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir.

Bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən verilən məlumata görə, Azərbaycanda bu günün əlamətdar şəkildə qeyd edilməsi məqsədilə 18 aprel tarixində bayram tədbirlərinin təşkili nəzərdə tutulub.

Tədbirlər çərçivəsində «Atəşgah məbədi» Dövlət tarix-memarlıq qoruğu ərazisindəki tikililərin və abadlaşdırılmış məbədətrafı ərazilərlə ictimaiyyətin tanışlığı həyata keçiriləcək.

Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin «Milli irs mükafatı»nın 2013-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi də keçiriləcək.
XS
SM
MD
LG