Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:38

Mediada şou biznes qalmaqallarına yer verilməlidirmi?- [Video]


-

AzadligFM - Musa

Facebook-dan birbaşa şərh yaz

Son günlər müğənnilər- Musa Musayev və Təranə Qumral medianın simalarına çevrilib. Əksər media orqanları cütlüyün qalmaqallı ayılığını əsas mövzuya çevirib.
Sosial şəbəkələrdə medianın bu mövzunu işıqlandırmasına münasibət heç də birmənalı deyil. Sayt redaktorları oxucuların belə mövzulara daha çox maraq göstərdiyini deyir. Oxucularsa medianı bu mövzuya geniş yer verdiyinə görə qınayır.
Bəs reallıq necədir? Mediada şou biznes qalmaqallarına yer verilməlidirmi?

Azərbaycanda media auditoriyası hansı tipli mövzulara daha çox maraq göstərir?
Suallara media nümayəndələri və izləyiciləri ilə cavab axtarmışıq:

Facebook istifadəçisi, oxucu Çingiz Özgür:
- Xəbər almağın bir neçə yolu var. Bugün ən yaxşı xəbər almaq məkanı Facebook-dur. Sosial şəbəkədə jurnalistlərlə dost olanda xəbərlərdən məlumatlı olursan.
- Bugün oxucu zövqünü kim formalaşdırır? Kim müdaxilə edir? Bakıda problemli qadının hekayətini hamı yazıb.
- Xəbər saytlarının +18 tipli xəbər verməyi nə deməkdir?
- İstənilən sayt, xəbər portalı həm də biznes layihəsidir. Reklam, reytinq üçün şou xəbərlərindən istifadə edən xəbər portalları çoxalıb.
Gündəlik Teleqraf qəzetinin əməkdaşı Zahid Nurəliyev:
- Son günlər ən çox müzakirə edilən, baxılan xəbər Musa Musayev Təranə Qumral qalmaqalı idi. Bu mövzuların yazılmasında qəbahətli heç bir şey yoxdur. Heç bir etik norma pozulmadan informasiya cəmiyyətə çatdırılıb.
- Cəmiyyətdə belə mövzulara hər zaman maraq var.
- Kiçik qrupun da informasiya almaq hüququ var.
- Bütün ciddi dünya mətbuatında bu cür xəbərlərə rast gəlmək olur.
- Ciddi xəbərləri oxuyanlar hər zaman az olub.
- Çox zaman fakt qıraqda qalır, insanlar düşür mətbuatın üstünə. Faktları gizlətmək mümkün deyil...
Azxeber.com saytının əməkdaşı Əfsələddin Ağalaroğlu:
- Dünya mediyasını, türk mediyasını nümunə götürsək orda da şou- biznes xəbərləri gündəmə gəlir.
- Xəbər saytları reytinq yığmaq yarışına girirlər. Məhz buna görə də, xəbər saytları şou- biznes xəbərlərindən istifadə etməklə reytinqlərini artırırlar.
- Biz oxucularımıza bütün xəbərləri təqdim edir, çatdırırıq.

Verlişi tam dinləmək üçün:


XS
SM
MD
LG