Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:28

İranda baş verən zəlzələdə onlarla adamın öldüyü xəbər verilir


Foto arxiv
Foto arxiv
İranın Pakistanla sərhəd bölgəsində güclü zəlzələ olduğu xəbər verilir.

ABŞ-ın geoloji xidməti zəlzələnin 7,8, iranlı mütəxəssislər isə 7,5 bal gücündə olduğunu deyirlər.

Yeraltı təkalnların mərkəzi ölkənin cənub-şərqində yerləşən Xaş şəhərinin 86 kilometrliyində qeydə alınıb.

İran televiziyas ilkin olaraq azı 40 nəfərin öldüyünü xəbər verir.
Amma ölü sayının bundan xeyli çox olduğu istisna edilmir.

Yeraltı təkanlar Dubay, Farskörfəzi regionu və Nyu-Dehlidə də hiss olunub.

Təbii fəlakət zonasına xilasedicilər göndərilib.

Zəlzələnin baş verdiyi Sistan və Bəlucistan əyalətinin qubernatoru Hatam Narui yeraltı təkanların 15-20 saniyə çəkdiyini deyir.
XS
SM
MD
LG