Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 14:06

İlham Əliyev Mingəçevirdə olub


Aprelin 16-da prezident İlham Əliyev Mingəçevir şəhərində olub.

Dövlət başçısı yeni inşa olunan Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Mərkəzin sahəsi 6 min kvadratmetr, akt zalı 570 nəfərlikdir.

Prezident Müşfiq Mirzəyev adına «Dostluq» parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Gənclər Evinin açılışında iştirak edib.

İ. Əliyev yenidənqurma işlərinin aparıldığı Sahil Parkında da olub. Parkın ümumi ərazisi üç min kvadratmetrdir. Hazırda Kür çayı üzərində sərnişin daşıyan asma kanatlı liftin quraşdırılması prosesi gedir.

Uzunluğu 212 metr olacaq iki liftlə gün ərzində 1000 nəfəri daşımaq mümkün olacaq.
İlham Əliyev Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış binalarından ibarət məhəlləyə də baş çəkib.

Xəbəri president.az saytı yayıb.
XS
SM
MD
LG