Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:04

Nazir: «Azərbaycanda ana və körpə ölümü azalıb»


«Ana ölümü əmsalı 34,2-dən 14,9-a enib, körpə ölümü göstəricisi 12,7-dən 10,8-ə azalıb».

Bunu Səhiyyə naziri Oqtay Şirəliyev Nazirlər Kabinetinin aprelin 14-də keçirilən iclasında səsləndirib:

«Bu nəticələr bizim üçün çox əhəmiyyətlidir. Çünki bu rəqəmlər həm səhiyyənin inkişaf göstəricisidir, eyni zamanda, hər bir ananın və hər bir körpənin həyatı əvəzolunmazıdır».
Nazir dövlətin sosial yönümlü siyasətinin səhiyyə sahəsində köklü dəyişikliklərə səbəb olduğunu deyib:

«Son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artıb. Ölkəmizdə müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib. Təkcə 2012-ci ildə 38 tibb müəssisəsi fəaliyyətə başlayıb. Hazırda 69 səhiyyə obyektində təmir-tikinti işləri aparılır. Onlardan 50-nin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur».

Oqtay Şirəliyev təhlükəsiz donor qanı ilə təminat məsələsinə də toxunub. O, qan tədarükünün 6,8 tondan hazırda 25,9 tonadək artdığını bildirib.

O, 180 min şəkərli diabet xəstəsinin dövlət hesabına dərman və avadanlıqlarla təmin olunduğunu da deyib.

Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların müalicəsinə toxunan nazir ölkə üzrə 27 hemodializ mərkəzinin fəaliyyət göstərdiyini, bunun da 20-nin bölgələrdə olduğunu qeyd edib.
XS
SM
MD
LG