Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:46

Fazil Say-a 10 ay həbs cəzası verildi!


Fazil Say
Fazil Say
-
Türk pianoçusu və bəstəkarı Fazil Say «dini dəyərləri təhqir etmə» maddəsi ilə günahlandırılaraq 10 ay həbs cəzası alıb.

Türkiyə mediasının yaydığı xəbərə görə, pianoçu 5 illik sınaq şərtiylə azadlığa buraxılıb

İstanbul 19-cu Sülh Cəza Məhkəməsində keçirilən prosesə Fazıl Say qatılmayıb.
Ünlü pianoçunu vəkili Meltem Akyol təmsil edib.

Məhkəmə prosesinə xarici jurnalistlər də maraq göstərib.

Vəkil Akyol məhkəmə prosesində Fazil Say-ın bu mesajla «təhqir etmək niyyətinin olmadığını» söyləyib.

Hakim Hulusi Pur Fazil Say-ı öncə 8 ay, daha sonra suçun yayım yoluyla işləndiyini əsas götürərək 12 ay, müqəssirin davranışlarını nəzərə alaraq 1/6 endirimlə 10 ay həbs cəzasına məhkum edib.

Fazıl Say-a verilən həbs cəzası dünya gündəmində ilk sıralarda yer tutub.
Fazıl Say məhkəmənin qərarından sonra açıqlama yayıb:

«Məhkəmənin qərarına ölkəm adına çox üzüldüm. İfadə azadlığı baxımından ağlagəlməzdir. Heç bir günahım olmasa da, cəza almağım özümdən çox Türkiyədəki söz azadlığı və din azadlığı üçün düşündürücüdür».

Fazıl Say Twitter-dəki mesajında Ömər Xəyyamın bir misrasını paylaşmışdı:
«Irmaklarından şaraplar akacak, diyorsun Cennet-i alâ meyhane midir?».

Cəzanın açıqlanmasından sonra Fazıl Say-a Twitter-dən dəstək mesajları gəlməyə başlayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG