Keçid linkləri

2025, 09 İyul, çərşənbə, Bakı vaxtı 12:01

Suriyanın hökumət qoşunları hücuma keçib


Foto arxiv
Foto arxiv
Suriyanın hökumət qoşunları ölkənin müxtəlif rayonlarında üsyançıların mövqelərinə zərbələr endirir.

Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri Haddad kəndinin havadan bombalanması nəticəsində 16 nəfərin öldüyünü xəbər verirlər.
Həmçinin Dəməşq ətrafında 2, Deraa əyalətində isə 1 nəfərin öldüyü bildirilir.

Suriyanın dövlət televiziyası Deraa, İdlib və Hələb əyalətlərində üsyançılara qarşı hərbi əməliyyatlar aparıldığını xəbər verir.

2 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbi ilə savaş gedir.
BMT bu müddət ərzində 70 mindən çox adamın öldüyünü deyir.
XS
SM
MD
LG